Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla hava hücumundan müdafiə və hərbi pilotların hazırlığı məsələlərini müzakirə etdiklərini bildirib.
KONKRET.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında deyib:
“Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, xüsusilə SAMP/T sistemləri üçün raketlərin tədarükü və dron-interseptorların maliyyələşdirilməsi ilə bağlı detallı şəkildə danışdıq. ‘Mirage’ qırıcıları üçün pilot hazırlığı məsələsinə xüsusi diqqət yetirmək istəyirəm: Fransa əlavə təyyarələrdə daha çox pilotun hazırlanmasına hazırdır”.
Qeyd edək ki, Fransanın Ukrayna Silahlı Qüvvələrinə “Mirage” döyüş təyyarələri verməsi və bu sahədə təlim-tədris dəstəyi göstərməsi daha əvvəl də gündəmdə olmuşdu.
Natiq Səlim,
KONKRET.az