Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ lideri Donald Trampla mübahisəyə görə təəssüfləndiyini yazdıqdan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmerə zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, liderlər gələcək addımlar barədə fikir mübadiləsi aparıblar:
“Biz mövqelərimizi koordinasiya edirik və zəmanətli sülhə mümkün qədər tez nail olmaq üçün hər şeyi edirik”.
Zelenski həmçinin bildirib ki, Kiyevin təhlükəsizlik zəmanətinə ehtiyacı var. O qeyd edib ki, buna həm Avropa, həm də Vaşinqtonla nail olmaq olar.//“Qafqazinfo”