Zelenski hücumun ŞOK DETALLARINI açıqladı: “Hazırlıq mərkəzi Rusiyada yerləşib”backend

Zelenski hücumun ŞOK DETALLARINI açıqladı: “Hazırlıq mərkəzi Rusiyada yerləşib”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya strateji aviasiyasına qarşı həyata keçirilən hücum əməliyyatının detallarını açıqlayıb.

KONKRETA.az xəbər verir ki, prezidentin sözlərinə görə, hücumun planlaşdırma və idarəetmə mərkəzi birbaşa Rusiya ərazisində, hətta FSB-nin regional idarəsinin yaxınlığında yerləşib:

“Əməliyyatın ofisi Rusiya ərazisində, FSB idarəsinin yaxınlığında yerləşirdi. 117 pilotsuz uçuş aparatı bu əməliyyata cəlb olunub”, – deyə Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, hücum nəticəsində Rusiya strateji aviasiyasının bazalarına zərbələr endirilibkruiz raketlərinin 34%-ni daşıyan təyyarələr sıradan çıxarılıb.

Əməliyyat Rusiya Federasiyasının bir neçə bölgəsində, üç fərqli saat qurşağında həyata keçirilib. Zelenski onu da vurğulayıb ki, əməliyyatdan əvvəl ukraynalı iştirakçılar Rusiya ərazisindən çıxarılıb və hazırda təhlükəsiz yerdədirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*