Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Teleqram səhifəsində bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Xalqımıza dəstəyiniz və rəğbətiniz üçün təşəkkür edirəm. Bu gecə ruslar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron, raket, o cümlədən ballistik raket istifadə edildi. Təəssüf ki, dağıntı və ziyan var, Azərbaycan səfirliyi də zədələnib. Cənab Prezident bu hücumu pislədi və vurğuladı ki, rusların həm səfirlik binasını, həm də Azərbaycanla əlaqəli digər obyektləri hədəf alması ilk dəfə deyil.
Həmçinin ikitərəfli münasibətlərimiz, tərəfdaşlığın inkişafı barədə danışdıq. Həqiqətən də ikitərəfli əməkdaşlığın bütün sahələrində yaşıl işıq var. Yaxşı potensial var və biz bunu reallaşdıracağıq. Təşəkkür edirəm!”, – Zelenski bildirib.
