Zelenski İlham Əliyevə zəng etdi: Ukraynadan Azərbaycana açıq dəstəkbackend

Zelenski İlham Əliyevə zəng etdi: Ukraynadan Azərbaycana açıq dəstək

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, Zelenski Azərbaycan xalqına və dövlətinə Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib. O, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə rəsmi Bakıya minnətdarlığını ifadə edib.

Prezident Zelenski eyni zamanda, Rusiya ərazisində azərbaycanlı vətəndaşlara qarşı göstərilən təzyiqlərə və hədə-qorxulara münasibət bildirib. O, Ukraynanın bu məsələdə Azərbaycanın tərəfində olduğunu vurğulayıb.

Ukrayna Prezidenti Rusiyada vəhşicəsinə qətlə yetirilən Səfərov qardaşları ilə bağlı Azərbaycana başsağlığı verib və ədalətin bərqərar olunacağına inandığını bildirib.

Danışıq zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub. Tərəflər iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılığa gəliblər və bununla bağlı işlərin aktivləşdiriləcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*