Ukrayna prezidenti Vladimir Zelenski ukraynalıları Rusiyanın infrastruktura hücumlarının yeni dalğalarına hazır olmağa çağırıb.
KONKRET.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
“Biz düşmənin infrastrukturumuza pilotsuz təyyarələrin və ya raket zərbələrinin sayını artıra biləcəyi ehtimalına hazır olmalıyıq. Rusiya qışa hazırlaşır”, – Zelenski bildirib.
O vurğulayıb ki, “terrorçulara” cavab verilməlidir.
Zelenskinin sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə sistemi artıq keçən ildən daha güclüdür.
Ariz Həsənoğlu,
KONKRET.az