Zelenski “Kremldə hamıya ölüm vəd edib”.
KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə videomüraciətində deyib.
“Kremldə olanların, inanın mənə, sonu pis olacaq. Düzünü desəm, necə bilmirəm, amma tez bitməsini istərdim. Onlar mütləq öz əcəlləri ilə ölməyəcəklər” , – o deyib.
Qeyd edək ki, sosial şəbəkələrdə Zelenskinin özünün səhhətində problemlər olması ilə bağlı şayiələr yayılmağa başlayıb.
Ukrayna Prezidentinin son müraciəti zamanı çoxları onun şişkin görünüşü, gözünün altındakı torbalar, göyərmələr və nitqinin ləngiməsi ilə diqqət çəkib.
Xuraman Etibarlı,
KONKRET.az