Zelenski: “Minsk razılaşmasından çıxa bilmərik”backend

Zelenski: "Minsk razılaşmasından çıxa bilmərik"

Ukrayna Donbas münaqişəsinin həllinə dair Minsk razılaşmasından çıxa bilməz.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Fokus” nəşrinə müsahibəsində bildirib.

“Brifinqlərdən birində dediyim kimi, hesab edirəm ki, biz Minsk razılaşmalarından asanlıqla çıxa bilmərik. Çünki avropalılar Rusiya və separatçılara sanksiyaları aradan qaldıra bilərlər. Amma şəxsən mən çıxardım”, – deyə o qeyd edib.

Bununla yanaşı, o, Ukraynanın münaqişənin nizamlanması yolunda əvvəlki razılaşmalar çərçivəsində irəliləməkdə davam etdiyini, “B” planı haqda isə danışmağın hələ tez olduğunu söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*