Zelenski Münhendə Beynəlxalq Valyuta Fondunun rəhbəri ilə nəyi müzakirə etdi?backend

Zelenski Münhendə Beynəlxalq Valyuta Fondunun rəhbəri ilə nəyi müzakirə etdi?

Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva ilə Ukrayna iqtisadiyyatının vəziyyətini müzakirə edib.

KONKRET.az xəbər verir ki, dövlət başçısı bu barədə bu gün öz Twitter səhifəsində yazıb.

Görüş Münhendə təhlükəsizlik konfransında keçirilib.

“Kristalina Georgiyeva ilə görüşümüz hər zaman olduğu kimi konstruktiv oldu. Ukrayna iqtisadiyyatına fayda gətirəcək ən son vəziyyəti və müsbət nailiyyətləri müzakirə etdik. BVF ilə dialoqumuz əsaslı şəkildə davam edir və aramızda dost münasibətlərimiz var” deyə Zelenski yazıb.

Prezidentin mətbuat xidməti bildirib ki, tərəflər Ukrayna vətəndaşlarını qorumağa yönələn qanun layihələrini müzakirə edib: “Xüsusilə, məhkəmə islahatlarının gedişi, qanunun aliliyi sisteminin qurulması və banklar haqqında qanun layihələri barədə danışıblar”.

Bu, Zelenskinin BVF rəhbəri ilə bu il ikinci danışıqlarıdır.

Xatırladaq ki, dekabrın əvvəlində Ukrayna və BVF 5.5 milyard dollar həcmində yeni kredit proqramı barədə razılığa gəlmişdilər, lakin onun həyata keçirilmə vaxtı hələ açıqlanmayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*