Ukrayna Prezidenti Volodimir Zelenski və onun komandası populyarlığın azalmasından ciddi narahatlıq keçirirlər.
KONKRET.az xəbər verir ki, Politico nəşri bu barədə yazaraq qeyd edib: “Zelenski üçün idarə olunan və nəzarətli seçkilər keçirmək getdikcə çətinləşir. Ölkədə keçirilən etiraz aksiyaları göstərdi ki, cəmiyyət korrupsiyadan azad bir Ukrayna istəyir”.
Qəzetin məlumatına görə, son sorğular Zelenskinin yenidən prezident seçilmək şansının aşağı olduğunu göstərir. Bu isə hazırkı administrasiyada panikaya səbəb olub.
Müşviq Tofiqoğlu
KONKRET.az