Zelenski Navalnının ölümünə görə Putini ittiham etdibackend

Zelenski Navalnının ölümünə görə Putini ittiham etdi

Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada ölməsi xəbərinə münasibət bildirib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı bildirib ki, Navalnı diktator Vladimir Putinin şəxsi göstərişi ilə öldürülüb.

“Aleksey Navalnının Rusiya həbsxanasında öldüyü indicə məlum olub. Görünür, bu məxluqa görə işgəncəyə məruz qalan minlərlə insan kimi o da Putin tərəfindən öldürülüb. Kiminsə ölməsi Putinin vecinə deyil. Onun üçün əsas öz mövqelərini qorumaqdır”, – Zelenski vurğulayıb.

Ukrayna Prezidenti əlavə edib ki, bu qəbildən olan cinayətlərin davam etməməsi üçün Putin hər şeyini itirməli və uduzmalıdır.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*