Zelenski onlara sanksiya TƏTBİQ ETDİ – Aralarında məşhur kazino sahibi də varbackend

Zelenski onlara sanksiya TƏTBİQ ETDİ - Aralarında məşhur kazino sahibi də var

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar paketi təsdiqləyib. Müvafiq fərman Prezidentin rəsmi saytında dərc olunub.

KONKRET.az xəbər verir ki, sanksiya tətbiq edilən şəxslər arasında Rusiyanın onlayn qumar platforması Pin-Up-ın sahibi Dmitri Punin, “Motor Siç” şirkətinin sabiq rəhbəri Vyaxeslav Boquslayevin oğlu Aleksandr Boquslayev və keçmiş deputat İqor Mosiyçuk da var.

Bundan əlavə, Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudaev, Rusiya Desantçılar İttifaqının müşahidə şurasının üzvü Sergey Lalakin, eləcə də tanınmış rusiyalı bloqer Rostislav Şapoşnikov sanksiya siyahısına daxil edilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*