Ukrayna prezidenti Zelenski bildirib ki, Macarıstanın baş naziri Viktor Orban Rusiyanın Ukraynaya qarşı müharibəsindən öz siyasi məqsədləri üçün istifadə edir, lakin bunun mümkün nəticələrini anlamır.
KONKRET.az xəbər verir ki, o, bu barədə Macarıstanın “Válasz Online” nəşrinə müsahibəsində bildirib.
“O, Ukraynadan öz maraqları üçün istifadə edir. Amma bunun nəyə gətirib çıxaracağını başa düşmür: Macarıstan cəmiyyətinin radikallaşması və anti-Ukrayna əhval-ruhiyyəsinin artması qaçılmazdır. Bizə kömək etməkdən imtina ilə əslində Orban Putinə işləyir. Ona görə də Viktorun ciddi tarixi səhvə yol verdiyini söylədim. Bu, mənim şəxsi fikrimdir. Gülümsəmək və hər şeyin qaydasında olduğunu iddia etmək olmaz.
Onun sözlərinə görə, siyasət reallığı əks etdirməlidir və Orban konstruktiv dialoqa hazırdırsa, Ukrayna belə qarşılıqlı fəaliyyətin sərhədlərini müəyyən etmək istəyir.
Zelenski Macarıstan hakimiyyətini Ukrayna məsələsindən daxili siyasi mübarizədə istifadə etməməyə çağırıb, Orban isə buna sərt cavab verib: “Cənab prezident! Macarıstan xalqının fikrini Kiyev və ya Brüssel bürokratları müəyyən etmir. Macarıstan olmadan Ukraynanın AB-yə daxil olması mümkün deyil”
Müşviq Tofiqoğlu
KONKRET.az