Zelenski Orbanın atəşkəs təklifini niyə rədd etdiyini AÇIQLADI: “Onun planı…”backend

Zelenski Orbanın atəşkəs təklifini niyə rədd etdiyini AÇIQLADI: “Onun planı...”

Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın baş naziri Viktor Orbanın Rusiya ilə danışıqlara başlamaq üçün atəşkəs təklifini niyə rədd etdiyinin səbəblərini açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski əsas səbəb kimi atəşkəsdən sonra üçün dəqiq planın olmamasını göstərib: “Orbanın belə bir planı yoxdursa, bu münaqişənin köklü həlli deyil. Bunun adı münaqişənin dondurulmasıdır ki, buna gedə bilmətik”.

Zelenski qeyd edib ki, o, Orbana Ukraynanın müharibə vəziyyətində olduğunu və belə bir atəşkəsdən danışa bilməyəcəyini açıq şəkildə izah edib.

Eyni zamanda, Ukrayna lideri əlavə edib ki, Kiyev bu təkliflə prinsipcə razılaşa bilərdi. “Əgər atəşkəs razılaşması liderlərinə etimad edilən ölkələrin iştirakı ilə və aydın beynəlxalq platformada əldə olunardısa, bunu müzakirə etməyə dəyərdi. İndiki situasiya ilə bağlı isə bunu demək olmaz”.

Xatırladaq ki, bir qədər əvvəl Viktor Orban Kiyevə səfər etmiş və brifinqdə Zelenskiyə atəşkəs təklifi ilə razılaşmağı təklif etdiyini bildirmişdi. Bunun ardınca isə Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva Orbanın təklifinin rədd edildiyini bəyan edib.

Orxan Həsənli,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*