Ukrayna Prezidenti Vladimir Zelenski Ottava Konvensiyasının (piyadaya qarşı minaların qadağan olunması haqqında saziş) fəaliyyətini müvəqqəti olaraq dayandırdığını bəyan edib.
“Müəyyən silah növlərindən, xüsusən də piyadaya qarşı minalardan istifadə etməklə, Rusiya təcavüzünə qarşı müdafiədə qüvvə və vasitələr baxımından heç olmasa paritetə nail ola bilərik”, – deyə Zelenski bildirib.
KONKRET.az xəbər verir ki, Ukrayna lideri vurğulayıb ki, Rusiya Ottava Konvensiyasının tərəfi olmayıb və nə silahların azaldılması, nə də silahlardan istifadənin humanistləşdirilməsi sahəsində heç bir addım atmayıb.
Natiq Səlim,
KONKRET.az