Zelenski Prezident Aparatının qarşısında etiraz edən mədənçilərin yanına gəldi – VİDEObackend

Zelenski Prezident Aparatının qarşısında etiraz edən mədənçilərin yanına gəldi - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski Lvov bölgəsindən olan işçilərin yanına gəlib. Onlar  üçüncü gündür ki, Kiyevdə Bankova küçəsində Prezident ofisinin qarşısında maaş verilməməsi səbəbiylə etiraz edirlər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı 24 iyun çərşənbə günü “Pavlovsky News” nəşri yayıb.

Dövlət başçısı bir neçə gündən sonra Nadiya mədəninin işçilərinə dörd aylıq borc məsələsini həll edəcəyinə söz verib.

“Mən sizə söz verirəm – hər şeyi edəcəyik. Mənə bir neçə gün vaxt verin. İndi “Çentrenergo” ilə məşğul olacağam, niyə pul vermirlər. Evinizə, ailənizin yanına gedin, mən bunu həll edəcəm” deyib.

 

Etirazçıların bildirdiyinə görə, 800-ə yaxın işçi ümumilikdə 58 milyon qriven maaş almayıblar. Mədənçilər bu məsələnin dəqiq həll edilməsini eşitməyənədək evə qayıtmayacaqlarını söyləyiblər.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*