Ukrayna Prezidenti Volodimir Zelenski növbəti həftə Rusiya ilə danışıqların keçirilməsi təşəbbüsü ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı bu barədə axşam müraciətində bildirib. Onun sözlərinə görə, təhlükəsizlik və müdafiə məsələləri üzrə milli şuranın katibi Rüstəm Umerov Rusiya tərəfinə danışıqların davamı üçün növbəti həftəyə görüş təklif edib.
“Danışıqlar prosesinin dinamikasını artırmaq lazımdır. Atəşkəsə nail olmaq üçün mümkün olan hər şeyi etməliyik. Rusiya tərəfi də qərarlardan yayınmağı dayandırmalıdır”, – deyə Zelenski vurğulayıb.
O həmçinin yeni əsir mübadiləsinə hazırlıq işlərinin getdiyini də açıqlayıb.
Natiq Səlim,
KONKRET.az