Zelenski Rusiya ilə təmasları dondurmaq istəyib, lakin ABŞ və Aİ onu fikrindən daşındırıb — WP
KONKRET.az xəbər verir ki, The Washington Post qəzetinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların nəticəsindən narazı olduğu üçün Rusiya ilə bütün təmasları dayandırmaq niyyətində olub. O, hətta komandasına rusiyalılarla əlaqə saxlamamağı əmr etməyi planlaşdırırmış.
Lakin ABŞ və Avropa İttifaqı liderləri onu bu addımdan çəkindirməyə nail olublar. Xüsusilə Trampın xüsusi elçisi Stiv Uitkoff Zelenskiyə bildirib: “Əgər siz danışıqlara gəlsəniz, amma Rusiya nümayəndələri iştirak etməsə, bu, Moskvaya qarşı mənfi təsir yaradacaq və müəyyən nəticələri olacaq”.
Hazırda tərəflər arasında növbəti mümkün görüş və danışıqlar üçün hazırlıq prosesi davam edir.
Natiq Səlim,
KONKRET.az