“Rusiyanı xoşagəlməz sürprizlər gözləyir”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.
“Ordunun hələ də müttəfiqlərimizin vəd etdiyi yardıma ehtiyacı var. Ona görə Ukraynaya Rusiya qüvvələrinə qarşı əks hücuma keçmək üçün daha çox vaxt lazımdır”, – Zelenski deyib.
O qeyd edib ki, Ukrayna hərbçiləri onsuz da əldə etdikləri ilə irəli gedə və uğur qazana bilər.
“Ordu irəli gedib uğur qazana bilər, ancaq çox insan itirə bilərik. Məncə, bu yolverilməzdir. Ona görə də gözləmək lazımdır. Hələ bir az vaxta ehtiyacımız var”, – deyə Zelenski bildirib.
Eyni zamanda Ukrayna lideri bildirib ki, Rusiyanı xoşagəlməz sürprizlər gözləyir.
Xuraman Etibarlı,
KONKRET.az