Zelenski ŞAD XƏBƏRİ VERDİ – “Uğurludur”backend

Zelenski ŞAD XƏBƏRİ VERDİ - "Uğurludur"

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin hazırladığı uzaqmənzilli qanadlı raket “Flamingo”nun uğurla sınaqdan keçirildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Kiyevdə jurnalistlərlə görüşdə çıxış edən Zelenski raket proqramının gedişatına toxunaraq bildirib:

“Uğurlu sınaqlar oldu… Və indiyə qədər bizdə olanlardan ən uğurlusudur. Üç min kilometr məsafə qət edir”.

Dövlət başçısı əlavə edib ki, raketin texniki detalları yalnız “yüzlərlə raketdən istifadə ehtimalı olmayana qədər” açıqlanmayacaq. Onun sözlərinə görə, kütləvi istehsalın 2025-ci ilin dekabrında və ya 2026-cı ilin yanvar-fevral aylarında başlaması planlaşdırılır.

Flamingo”nun görüntüləri ilk dəfə ABŞ-ın “Associated Press” agentliyinin ukraynalı fotojurnalisti Yefrem Lukatski tərəfindən “Facebook”da paylaşılıb. Məlumata görə, raket “Fire Point” şirkəti tərəfindən istehsal edilir və yerüstü buraxılış sisteminə malikdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*