Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Ev rəhbəri Donald Trampla görüşmək üçün ABŞ-yə uçub.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında yazıb.
O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.
Xatırladaq ki, avqustun 18-də Zelenski Trampla hərbi münaqişənin həllininin mümkün variantılarını müzakirə etmək üçün Avropa liderləri ilə birlikdə Vaşinqtona gələcək.
Trampın öncə Ukrayna lideri Zelenski ilə təkbətək danışıqlar aparacağı gözlənilir.