Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə təşəkkür edib.
KONKRET.az Axar.az xəbər verir ki, Zelenski X sosial media hesabında Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın qeydlərini paylaşaraq Türkiyəyə təşəkkürünü ifadə edib.
Vitse-prezident Yılmaz paylaşımında qeyd edib:
“Bu gün mən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı “İstəklilər koalisiyası”nın toplantısında təmsil etdim. Fransa Prezidenti cənab Emmanuel Makronun ev sahibliyi etdiyi görüşdə Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Trampın diplomatik səylərinə toxunuldu. Türkiyə olaraq qalıcı sülhün bərqərar olması üçün hər sahədə aparıcı rol oynamağa hazır olduğumuzu, tərəflər arasında diplomatiya və dialoqa üstünlük verilməsinin zəruriliyini bir daha bəyan edirik. Ədalətli və davamlı sülh əldə olunana qədər bütün imkanlarımızla diplomatik prosesə töhfə verməyə davam edəcəyik”.