Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyirbackend

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.

Zelenski bildirib ki, münaqişənin tənzimlənməsində ABŞ-la yanaşı Avropa ölkələri də iştirak etməlidir.

“Mən Donald Trampla münaqişənin həllinə dair dialoq aparmaq istəyirəm”, – deyə Zelenski əlavə edib.

Ukrayna Prezidenti qeyd edib ki, fevralın 24-də Avropa İttifaqının rəhbərliyi, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen də daxil olmaqla 13 lider Kiyevə gələcək.

Zelenski ayrıca görüşdə tərəfdaşları ilə mümkün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir. Bu, Avropa ölkələrinin paytaxtlarından birində baş tuta bilər.

Prezidentin sözlərinə görə, sabahkı görüşdə qarşıdakı həftələr üçün strategiyanı müzakirə etməyi planlaşdırırlar. Zelenski, ilk növbədə, Avropadan olan tərəfdaş ölkələrin liderləri ilə görüşdə təhlükəsizlik zəmanətləri mövzusuna toxunacaq, lakin ABŞ-ın da iştirakı zəruridir.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*