Zelenski: “Ukrayna cəmiyyəti məni Rusiyaya güzəştə getməyə məcbur edəcək”backend

Zelenski: "Ukrayna cəmiyyəti məni Rusiyaya güzəştə getməyə məcbur edəcək"

Zelenski Ukrayna cəmiyyətinin onu Rusiyaya güzəştə getməyə sövq edəcəyini istisna etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Associated Press-ə müsahibəsində deyib. Müsahibə “Zelenski: Rusiya üçün istənilən qələbə təhlükəli ola bilər” başlığı ilə dərc edilib.

Söhbət “Sumı-Kiyev” qatarında baş tutub.

Zelenski deyib ki, Ukrayna Baxmutda uzun sürən döyüşdə qalib gəlməsə, o zaman Rusiya beynəlxalq dəstək almağa başlaya bilər.

“Baxmut əldən getsə, Putin bu qələbəni öz cəmiyyətinə, Qərbə, Çinə, İrana satacaq.

Ukraynanın Baxmutda məğlub olacağı təqdirdə Kiyevə həm beynəlxalq ictimaiyyət, həm də ölkə daxilində təzyiqlər başlayacaq.

Cəmiyyətimiz yorğunluq hiss edəcək. Ukrayna cəmiyyəti məni ruslara güzəştə getməyə sövq edəcək”, – deyə Zelenski əlavə edib.

Associated Press yazır ki, “Zelenskinin şərhləri Baxmut uğrunda yeddi ay davam edən döyüşdə məğlubiyyətin etirafı idi. Prezidentin etirafına görə, bu, taktiki məğlubiyyətdən çox baha başa gələn siyasi məğlubiyyət olacaq”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*