Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) verdiyi məlumata görə, Prezident Vladimir Zelenski Ukrayna Pravoslav Kilsəsinin başçısı, mitropolit Onufriya (Berəzovski) Ukrayna vətəndaşlığından məhrum edib.
KONKRET.az xəbər verir ki, SBU-nun press-relizində qeyd edilib:
“SBU müəyyən edib ki, Berəzovski (Onufriya) 2002-ci ildə könüllü şəkildə Rusiya vətəndaşlığı alıb və bu barədə Ukrayna hakimiyyət orqanlarına məlumat verməyib. Eyni zamanda, o, sonradan da Ukrayna vətəndaşı statusundan istifadə etməyə davam edib.”
SBU-nun iddiasına görə, mitropolit Onufriya Moskva patriarxatı ilə əlaqələr saxlayır və “Ukrayna kilsəsinin kanonik müstəqilliyinin əldə olunmasına şüurlu şəkildə maneçilik törədib”.
Natiq Səlim,
KONKRET.az