Zelenski: Ukrayna və Rusiya “əlaqə” sözünü itiriblərbackend

Zelenski: Ukrayna və Rusiya “əlaqə” sözünü itiriblər

Hələ “Ukrayna ilə Rusiya arasındakı münasibətlərdən danışmaq tezdir”, bu sözün mənası itib.

KONKRET.az xəbər verir ki, bu fikri 15 sentyabr çərşənbə axşamı Ukrayna Prezidenti Vladimir Zelenski Avstriyaya səfəri zamanı söyləyib.

“Təəssüf ki, “əlaqə” sözünü itirdik. Və bu sözün mənasını ölkələrimiz arasında, Rusiya Krımı qanunsuz olaraq ilhaq etdikdən və Ukraynanın şərqində müharibə başladıqdan sonra itirdik”. Zelenski Putunlə münasibətləri haqda verilən suala cavab verərkən belə deyib.

Zelenski keçmişdə Ukraynalılar və Rusların bir-birlərini “qardaş” adlandırdıqlarını və ölkələrin əla əlaqələrə sahib olduğunu da əlavə edib.

“Və bu gün 14 min ölü var, bu gün müstəqil ölkəmizin iki ərazisi yoxdur. Buna görə “aramızda nə olduğuna dair hələ bir söz tapmadım” deyib.

Eyni zamanda, Zelenski, Ukrayna və Rusiya Federasiyası rəhbərliyi arasında tutulan vətəndaşların geri qaytarılmasına və Donbasda barışıq yaradılmasına imkan verən bir dialoqun başlanğıcını qeyd edib.

“İnanıram ki, bu, bir dialoqun başlanğıcıdır. Və mənə elə gəlir ki, münasibətlər haqqında danışmağımız hələ çox və çox tezdir” bildirib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*