Zelenski və İsveçrə prezidenti Donbasa getdilər – VİDEObackend

Zelenski və İsveçrə prezidenti Donbasa getdilər - VİDEO

İsveçrə prezidenti üçüncü gündür Ukraynada səfərdədir. Bu gün o, Zelenski ilə birgə Donetsk və Lugansk bölgələrini ziyarət edəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, prezident Vladimir Zelenski və İsveçrə prezidenti Simonetta Zommaruga 23 iyul cümə axşamı günü Donbasa səfərə gediblər.

Səfər zamanı liderlər ATƏT-in SMM missiyasının üzvləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Ukraynadakı rəsmiləri və Donetsk Regional Dövlət Administrasiyasının rəhbərliyi ilə görüşəcək, həmçinin bölgədəki humanitar vəziyyəti öyrənəcəklər.

Bundan əlavə, Luqansk vilayətində prezidentlər Böyük tikinti proqramının icrası ilə tanış olacaqlar.

Qeyd edək ki, bu, İsveçrə prezidentinin Ukraynaya ilk səfəridir. İyulun 21-də ölkələr arasında bir sıra müqavilələr imzalanıb.

Babək Göyüş

KONKRET.az         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*