Zelenski: “Yaxşı xəbər odur ki…”backend

Zelenski: "Yaxşı xəbər odur ki..."

Ukraynanın Rusiya Federasiyası ərazisindəki hədəfləri F-16 qırıcıları vasitəilə atəşə tutmasına icazə verilib-verilməyəcəyi hələ məlum deyil.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski III Ukrayna-Şimali Avropa sammiti iştirakçılarının birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələcək F-16 qırıcıların necə istifadə ediləcəyinin təfərrüatlarını bilmir. “Yaxşı xəbər odur ki, onlar bizə gələcəklər və onlardan bəziləri bu il artıq bizdə olacaq. Onlar kifayət qədər olacaqmı? Xeyr. Sayı həddindən artıq çox olacaqmı? Xeyr. Düşünürəm ki, onların sayı o qədər olmayacaq ki, Rusiya ilə səmada paritet yaransın”.

Eyni zamanda, dövlət başçısı Rusiya ərazisinə zərbə endirmək üçün istənilən Qərb silahından istifadənin zaman məsələsi olduğunu ifadə edib: “Mən belə düşünürəm, əks halda, biz ədalətli dünyadan danışmırıq”.

Prezident izah edib ki, indi Rusiya öz ərazisindən Ukrayna ərazisini atəşə tuta bilir və Ukrayna bu hücumlara lazımi cavab verə bilmir: “Bu, normal deyil”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*