Zelenski Ukrayna NATO və Aİ-yə üzv olana qədər prezident qalmaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, Ukrayna prezidenti müharibə başa çatdıqda və Ukraynanın təhlükəsizliyi üçün müvafiq təminatlar verildikdə prezident postunu tərk etməyə hazır olduğunu bildirib.
Zelenski bunu Almaniyanın ARD telekanalında məşhur “Maischberger” tok-şousunda deyib.
“Ukraynada sülh naminə mən hər şeyə hazıram. Mən Ukraynanın prezidentiyəm, çünki insanların 73 faizi mənə səs verib, ölkəmdəki əksəriyyət insanlar məni dəstəkləyir. Rusiya məndən xilas olmaq istəyir. Bəlkə də müharibənin əvvəlində cəhd etdikləri kimi fiziki yox, siyasi cəhətdən bunu həyata keçirməyi düşünürlər. Və bu olduqca başa düşüləndir. Mən Putin üçün çox əlverişsiz adamam. Sabah Ukrayna Aİ və NATO-ya daxil olarsa, Rusiya qoşunları geri çəkilərsə və bizim təhlükəsizlik zəmanətimiz olarsa, mənə daha ehtiyac qalmayacaq. Amma bu baş verənə qədər mən ölkəmi müdafiə edəcəm”, – Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az