Zelenskidən ŞAD XƏBƏR: “Müharibəni bitirmək üçün…”backend

Zelenskidən ŞAD XƏBƏR: "Müharibəni bitirmək üçün..."

Ukrayna prezidenti Volodimir Zelenski əmindir ki, Rusiyaya itkilər vermək və onun silahlı potensialını azaltmaq Moskvanı real diplomatiya ilə razılaşmağa məcbur edəcək.

KONKRET.az xəbər verir ki, Zelenski bunu “Buxarest doqquzluğu” və Şimali Avropa ölkələrinin Vilnüs sammitində iştirak edərkən deyib.

“Bu, xüsusi məqamdır. Bir tərəfdən Rusiya yay hücumuna başlayıb, digər tərəfdən isə diplomatiya ilə məşğul olmaq məcburiyyətindədir. Və bu, bizim hamımız üçün həm çağırış, həm də real fürsətdir. Bu, müharibəni bitirməyə çalışmaq üçün bir şansdır”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna üçün əsas prioritet hələ də onun müdafiəsini dəstəkləməkdir. Zelenski təklif olunan bütün yardım paketlərinə və Ukraynada silah istehsalına yatırılan investisiyalara görə minnətdardır. Dövlət başçısının sözlərinə görə, Avropa və ABŞ birlikdə Rusiyadan daha yaxşı silahlara malikdir.

“Bizim daha güclü taktiki həllərimiz də var. “Hörümçək Toru” əməliyyatımız bunu dünən sübut etdi. Rusiya itki vermənin nə demək olduğunu anlamalıdır. Bu, onu diplomatiyaya doğru sövq edəcək”, – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın müharibədə itkiləri Ukraynanın təkcə özünü deyil, bütün Avropanı müdafiə etdiyini göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*