Zelenskidən Trampa: “Əgər bizə silah versəniz…”backend

Zelenskidən Trampa: “Əgər bizə silah versəniz...”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla keçirdiyi qapalı görüş zamanı bildirib ki, əgər Ukraynaya lazımi silahlar verilsə, Moskva vurulacaq.

KONKRET.az xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb. Bildirilir ki, Tramp Zelenskidən soruşub: “Niyə indiyə qədər Moskvanı vurmamısınız?” Ukrayna liderinin cavabı qısa və konkret olub: “Əgər bizə silah versəniz, endirəcəyik.”

Tramp isə cavabında qeyd edib ki, Ukrayna təkcə Moskvaya deyil, Sankt-Peterburqa da təzyiq göstərməlidir. Görüşdə uzunmənzilli JASSM raketləri də daxil olmaqla, yeni hərbi yardım paketləri müzakirə olunub. Bu raketlər Ukraynaya verildiyi halda, Rusiyanın mərkəzi və cənub bölgələri, o cümlədən Moskva və Novorossiysk kimi şəhərlər zərbə altına düşə bilər.

Müşahidəçilər hesab edirlər ki, bu dialoq ABŞ ilə Rusiya arasında gərginliyin daha da artmasına səbəb ola və mümkün sülh danışıqlarını sual altına ala bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*