Zelenskinin əsas rəqibi bu şəxsdir – Putin ad çəkdibackend

Zelenskinin əsas rəqibi bu şəxsdir - Putin ad çəkdi

Putin Zelenskinin əsas siyasi rəqibinin adını çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

Məlumatda bildirilir ki, Zelenskinin reytinqi onun seçkilərdə mümkün rəqibi Zalujnıdan (Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri – red.) iki dəfə aşağıdır.

Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Zelenskinin problemləri var. Çünki hərbi vəziyyət aradan qaldırılan kimi o, dərhal seçkiyə getməli olacaq. Ancaq Zelenskinin seçkini qazanmaq şansı “sıfırdır”.

Putin deyib ki, Zelenski Rusiya Federasiyası ilə danışıqları qadağan edən fərmanla özünü dalana dirəyib. Rusiya prezidenti qeyd edib ki, Zelenski danışıqlardan yayınır, çünki bu, Ukraynada hərbi vəziyyətin ləğvinə və seçkilərə gətirib çıxaracaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*