“Ukraynadakı müharibə yalnız iki yolla bitə bilər: ya Kiyevin məğlubiyyəti, ya da kompromislə”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, “Arti Qrin” təxəllüsü ilə tanınan Yevgeni Bekrenev “Politeka” yutub kanalında çıxışı zamanı bildirib.
Bekrenev həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskini Finlandiyanın sabiq Prezidenti Karl Qustaf Mannerheim ilə müqayisə edib. O qeyd edib ki, Zelenskiyə əks olaraq Mannerheim sülh üçün Moskvaya getməkdən çəkinməzdi:
“Ən azından o, belə cəfəngiyyat danışmazdı. Zelenskinin ritorikası göstərir ki, o, hər şeydən razıdır, gəlin döyüşü davam etdirək”, – deyə ukraynalı hərbçi vurğulayıb.
Bekrenev həmçinin Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə “Moskvaya yox, Kiyevə gəl” çağırışını sərt tənqid edib. Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin sülh barədə dedikləri açıq-aşkar yalandır.