“Zelenskinin ölümü vəziyyəti daha da PİSLƏŞDİRƏCƏK” – Rusiyalı siyasətçibackend

"Zelenskinin ölümü vəziyyəti daha da PİSLƏŞDİRƏCƏK" - Rusiyalı siyasətçi

Dövlət Duması Zelenskinin qətlini “yersiz” adlandırıb.

KONKRET.az xəbər verir ki, bunu siyasətçi, deputat Yevgeni Fyodorov deyib. O bildirib ki, Ukrayna Prezidenti ölümü ilə Ukrayna xalqı üçün “müqəddəs” sayılacaq.

“Zelenskinin öldürülməsi müharibə strategiyası ilə bağlı məsələdir. Bunu vətəndaş cəmiyyəti deyil, lazım gələrsə, birbaşa Baş Qərargah qərar verməlidir.

Həm də kiminsə bəyəndiyi və ya bəyənmədiyi üçün deyil. Mən başa düşdüyüm kimi, bugünkü hesablama onu göstərir ki, Zelenskinin öldürülməsi, məhv edilməsi hərbi əməliyyatların aparılması ilə bağlı vəziyyəti yaxşılaşdırmayacaq, əksinə, daha da pisləşdirəcək.

Bu zərbə çox yüksək səviyyəli “müqəddəslik” effekti yaradacaq. Kobud desək, indi Ukrayna milləti demək olar ki, yoxdur. Amma onun qətlindən sonra üzə çıxa bilər. Və bu, hərbi əməliyyatların aparılması ilə bağlı vəziyyətin köklü şəkildə pisləşməsi deməkdir”, – deyə Fyodorov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*