Zelenskinin yolunu gözləyən Bayden görüşlə bağlı maraqlı paylaşım etdi – FOTObackend

Zelenskinin yolunu gözləyən Bayden görüşlə bağlı maraqlı paylaşım etdi - FOTO

“Sizə uğurlu uçuş arzulayıram, Volodimir. Sizi burada görməyə çox şadam. Müzakirə ediləcək çox şey var”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden öz “Twitter” hesabındakı paylaşımında yazıb.

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edir. Zelenskinin uçuşu əsnasında Bayden artıq gözləməkdən yorulub və görüş barədə “Twitter” hesabında “şirin” mesajlar yazır.

O, paylaşımında qeyd edib ki, Zelenskinin gəlişini səbirsizliklə gözləyir. Həmçinin müzakirə ediləcək çox məsələlərin olduğunu da vurğulayır.

Zelenskinin yolunu gözləyən Bayden görüşlə bağlı maraqlı paylaşım etdi - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*