Zəlzələ qurbanları üçün BMT-də bir dəqiqəlik SÜKUTbackend

Zəlzələ qurbanları üçün BMT-də bir dəqiqəlik SÜKUT

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin 77-ci Baş Assambleyasının sədri Çaba Koroşi 193 üzvdən ibarət Baş Assambleyanın iclasından əvvəl üzv dövlətləri bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Koroşi Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*