Zəlzələ, ya nüvə sınağı? – Seysmoloqdan SENSASİON açıqlamabackend

Zəlzələ, ya nüvə sınağı? - Seysmoloqdan SENSASİON açıqlama

İranın nüvə silahını sınaqdan keçirdiyi iddiaları yenidən gündəmdədir. Bu həftənin bazar ertəsi günü İranın 4,6 bal gücündə bir seysmik hadisə yaşandığı barədə xəbərlər yayıldı, lakin seysmoloqlar seysmik sıxılma dalğasının qeydə alınmadığını bildirərək şübhələri artırdı.

KONKRET.az xəbər verir ki, hadisənin zəlzələ deyil, nüvə silahının sınağı ola biləcəyini irəli sürənlər oldu. Xüsusilə, seysmik stansiyanın heç bir afterşok qeydə almaması bu ehtimalı daha da gücləndirdi. İran isə bu iddiaları təkzib edib.

Bu kontekstdə İran parlamentinin bəzi üzvləri Ali Milli Təhlükəsizlik Şurasını nüvə silahının hazırlanmasına icazə verməyə çağırıb. Parlamentdə 39 nəfərlik qrupun üzvləri bu məqsədlə məktub imzalayıb. Məktubu imzalayan deputat Həsənəli Əhlaki Əmiri İranın nüvə sahəsində müdafiə siyasətinə yenidən baxılmasını tələb edib.

Digər tərəfdən, “The Times” qəzeti, MAQATE-nin keçmiş rəsmisi Olli Heynonenin İranın gələn ilin aprel ayına qədər 10 nüvə başlığına malik ola biləcəyini iddia etdiyini yazıb.

Məsələ ilə bağlı Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Musavat.com saytına açıqlamasında bildirib ki, seysmik dalğaların xüsusiyyətlərinə əsaslanaraq yeraltı təkanların zəlzələ yox, partlayış ola biləcəyini düşünmək olar:

“Zəlzələlər xırda təkanlarla başlayır və dalğalar fərqli istiqamətlərə yayılır. Afterşoklar müşahidə olunmadıqda, bu, partlayış ehtimalını gücləndirir. Yerin altında belə bir partlayış olarsa, bu, təbiət hadisəsi ola bilməz.”/musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*