“Zəlzələlərlə bağlı narahatlığa əsas yoxdur” – AÇIQLAMAbackend

"Zəlzələlərlə bağlı narahatlığa əsas yoxdur" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Xəzər dənizində 3,4; 3,2 və 3,3 bal gücündə zəlzələlər baş verib. 

KONKRET.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının sözlərinə görə, baş verən zəlzələlər qorxulu deyil:

“Bu saata qədər Xəzər dənizində qeydə alınan hər üç zəlzələ zəif zəlzələlərdir və beynəlxalq razılaşmaya əsasən biz maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətimizi həm saytımız, həm də sosial şəbəkə hesablarımız vasitəsi ilə məlumatlandırırıq. Bunlar zəif zəlzələlər olduğuna görə, hər üç zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur. Əksinə, belə xırda təkanların olması zəlzələ ocaqlarında enerji yığılmasını zəiflədir və enerji boşalması gedir”, – deyə qurum rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*