Müğənni Zemfira ölkənin adını kiçik hərflə yazaraq Qazaxıstandan olan tamaşaçılarını hiddətləndirib.
KONKRET.az xəbər verir ki, Zemfira öz paylaşımında ölkənin adını kiçik hərflərlə yazmaqla sosial şəbəkə istifadəçilərinin sərt qınağına tuş gəlib.
Qazaxlıların hərarətinə etinasız yanaşan, zalın enerjisinə belə əhəmiyyət verməyən müğənniyə yerli sakinlər nifrətini gizlətməyiblər. Bundan sonra Zemfira üzr istəyərək durğu işarələri qaydalarına məhəl qoymadığını etiraf edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az