Ermənistandakı diplomatik fəaliyyətini başa vuran İranın səfiri Mehdi Sobhani Azərbaycanla Naxçıvan arasında nəzərdə tutulan Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayıb.
KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, diplomat “ISCA News”a müsahibəsində nə Vaşinqtonda imzalanmış sənəddə, nə də Bakı ilə İrəvan arasında müzakirə olunan sülh sazişində dəhliz anlayışı guya olmadığını iddia edib.
Onun sözlərinə görə, söhbət yalnız nəqliyyat marşrutlarının açılmasından gedir və Ermənistan bu xətlər üzərində tam nəzarəti — pasport, gömrük və təhlükəsizlik də daxil olmaqla özündə saxlayacaq.
Sobhani həmçinin “99 illik icarə” barədə yayılan şayiələri təkzib edib və layihənin yalnız Ermənistanın suverenliyi çərçivəsində həyata keçiriləcəyini vurğulayıb.
O, əlavə edib ki, Tehran tərəfindən irəli sürülən beş prinsip — suverenliyə hörmət, ərazi bütövlüyü, məhkəmə yurisdiksiyası, qarşılıqlılıq və sərhə