“Zəngəzur dəhlizi erməni məsələsi deyil, bu dəhlizə Rusiya nəzarət etməlidir” – Millət vəkilibackend

"Zəngəzur dəhlizi erməni məsələsi deyil, bu dəhlizə Rusiya nəzarət etməlidir” – Millət vəkili

“Əslində, irəlidə belə proseslərin olacağını hər kəs nəzərə almalı idi. İlkin dövrdə ermənilər məcbur olub üç rayonumuzu boşaltdılar. Biz bu rayonlarda məskunlaşdırma prosesini çətin də olsa reallaşdırmalıyıq.

Bu barədə KONKRET.az-a açıqlamasında millət vəkili Fazil Mustafa fikir səsləndirib. Millət vəkilinin sözlərinə görə, bizim imkanımız yoxdur ki, eyni vaxtda bütün əraziləri minalardan təmizləyək: “Bu, vaxt aparacaq məsələdir. Ona görə də, bizim prosesə yanaşmamız o cəhətdən doğrudur ki, Rusiyanın özünün də müqaviləyə əməl etməsi istiqamətinə üstünlük veririk. Bu da doğru addımdır. Çünki Rusiya bu məsələ ilə bağlı ermənilərin adından təminat verib. Zəngəzur dəhlizi erməni məsələsi deyil. Bu dəhlizə Rusiya nəzarət etməlidir. Əgər bu dəhliz açılmasa o zaman Rusiyanın missiyası tamamilə uğursuzluğa düçar olar və Azərbaycan Kremllə münasibətlərinə yenidən baxılmasını gündəmə gətirər. Çünki biz Rusiya sülhməramlılarına deməmişik ki, gəlib Laçın dəhlizində ermənilərin təhlükəsiz gediş-gəlişini komfortlu şəkildə təmin etsinlər. Laçın dəhlizi ilə paralel Zəngəzur dəhlizi məsələsini də qoymuşuq və buna əməl edilməməsi bölgədə üçtərəfli razılaşmadan irəli gələn prosesi dayandıra bilər. Rusiya da bunda maraqlı deyil”.

Fazil Mustafa: | Essay writing, Essay, Writing

Millət vəkili əlavə edib ki, Rusiya problemi həll edə bilmədiyini ortaya qoysa, regiona digər ölkələrin müdaxilə imkanları genişlənəcək: “Bu halda Fransa, ABŞ və digər ölkələr boy göstərəcək. Rusiya da istəmir ki, burada başqa bir tənzimləyici güc ortaya çıxsın. Odur ki, Rusiyanın bu məsələdə bizimlə üst-üstə düşən maraqları var. Bu maraqların daha çox Rusiya üzərindən təmin olunmasına çalışırıq. Fikrimcə, bu da doğru yanaşmadır. Çünki bizim İrəvanla birbaşa dialoqumuz yoxdur. Ermənistan cəmiyyətində özbaşınalıq, hakimiyyətsizlik hökm sürür. Bu mərhələdə orada kiminsə öz üzərinə məsuliyyət götürməsi çətin məsələdir. Seçkilərdən sonrakı dövrdə Ermənistanda kimsə üzərinə məsuliyyət götürməli və müqavilə şərtlərini həyata keçirməlidir. İndiki erməni iqtidarı üçtərəfli sazişi dövlətin adından imzalayıb. Əgər seçkidən sonrakı mərhələdə qəti addımlar atılmasa, Azərbaycan öz cəza tədbirlərini ortaya qoymalıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*