Zəngəzur dəhlizi ilə bağlı YENİ MƏQAMLAR: “İran nə qədər dirənsə də…”backend

Zəngəzur dəhlizi ilə bağlı YENİ MƏQAMLAR: "İran nə qədər dirənsə də..."

“İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb”. Bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. O bildirib ki, hətta ABŞ və digər Qərb ölkələri Zəngəzur dəhlizinin açılmasına razılıq versələr də, İran bunun qarşısını ala bilib. Bəs görəsən, Vilayətinin dedikləri nə dərəcədə realdır? İranın bu dəhlizin açılmasına mane olmağa gücü çata bilərmi ?

Mövzunu KONKRET.az-a siyasi analitik Cavanşir Abbaslı şərh edib:

Cavanşir Abbaslı imza vərəqələrini DSK-ya təqdim etdi - Globalinfo.az

“İran bu dəhlizin açılmasına qarşı mövqeyini dəyişməz olaraq saxlayır və sözügedən məsələdə öz prinsipial yanaşmasını dəfələrlə nümayiş etdirib. Ərdoğanın təklif etdiyi 3+3 formatında iştirak edən 6 ölkədən 5-i bu dəhlizin açılmasını dəstəkləyir. Təkcə İran prosesə qarşı çıxır. Hətta Ermənistan belə bu məsələyə əvvəllər olduğu qədər sərt yanaşmır.”

Politoloq qeyd edib ki, regionda sanksiyalara məruz qalan iki əsas ölkədən biri olan İran bu məsələ ilə bağlı sonadək dirəniş göstərsə də, prosesin gedişatına uyğun formada mövqeyini dəyişməyə məcbur qalacaq.

“Rusiya bu dəhlizin açılmasında maraqlı tərəf kimi görünür. İran-Rusiya münasibətləri də ortadadır. Ona görə də düşünmək olar ki, İran sona qədər bu dəhlizə qarşı çıxmayacaq. Əks halda, prosesdən itirən tərəf olacaq. İran müəyyən mərhələyə qədər müqavimət göstərəcək, lakin sonda regionun aparıcı güclərindən biri kimi Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək. Rəsmi Tehranın da artıq başqa çıxış yolu qalmır. Gec-tez bu məsələdə razılaşma əldə ediləcək.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*