“Zəngəzur həmişə Azərbaycanın gündəmində olacaq” – Tiran Lokmaqozyanbackend

“Zəngəzur həmişə Azərbaycanın gündəmində olacaq” - Tiran Lokmaqozyan

“Azərbaycanın sülh sazişindən Zəngəzur dəhlizi bəndinin çıxarılmasına razılaşması Bakının bu niyyətindən geri çəkilməsi anlamına gəlmir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu erməni türkoloq Tiran Lokmaqozyan deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün önəmli olan Ermənistan ərazisindən keçən və heç bir tərəfin nəzarətində olmayacaq dəhlizin mövcudluğudur:

“Naxçıvanla quru əlaqəsi həmişə Azərbaycanın gündəmindədir. Ortaya çıxan mühüm layihələrə görə, Azərbaycan bu məsələni müvəqqəti təxirə sala bilər. Çünki hazırda Azərbaycanın İrandan quru yolu, Gürcüstandan isə dəmiryolu ilə Naxçıvana gedişi var. Azərbaycan üçün önəmli olan yolun olması deyil, Ermənistan ərazisindən keçən və heç bir tərəfin nəzarətində olmayacaq dəhlizin olmasıdır”.

Ekspert düşünür ki, Turan dəhlizində Qərb də maraqlıdır:

“Qərbə planı həyata keçirmək üçün Ermənistandan keçən ərazi lazımdır. Bu ərazidə məhz dəhliz adlanan yerdir. Bir sözlə, söhbət Ermənistandan ərazi və torpaq qoparmaqdan gedir”.

Tiran Lokmaqozyanın sözlərinə görə, ümumiyyətlə, İranın İsarilə cavab zərbələri və sanksiyalar hazırlaması regionda müəyyən planları dəyişib:

“Vəziyyət ciddi idi, çünki İsrail də İranı müharibə əməliyyatlarına cəlb etmək istəyirdi. Lakin hazırda ABŞ bu cür gərginliyə yol verilməsini düzgün hesab etmir. ABŞ-də prezident seçkilərindən sonra hər şey aydın olacaq. Yalnız seçkilərdən sonra hansı addımların atılacağına qərar veriləcək”.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov rəsmi Bakının Ermənistanla ərazilərimizin qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etmək barəsində razılığa gəldiyini açıqlayıb.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*