Zəngəzurda qəza: dörd erməni öldü – Onlardan ikisi uşaqdırbackend

Zəngəzurda qəza: dörd erməni öldü – Onlardan ikisi uşaqdır

Azərbaycanın qədim Zəngəzur mahalında dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, avqustun 9-u saat 16: 05-də Milli böhran idarəetmə mərkəzi Zəngəzur mahalında ( indiki Syunik vilayəti) Tsxuk kəndi yaxınlığında, İrəvan-Sisyan magistral yolunda qəza baş verdiyinə dair siqnal alıb.

Hadisə yerinə FHN-nin xilasediciləri gəlib.

Məlum olub ki, Sisyan-İrəvan yolunun 28-ci kilometrliyində 39 yaşlı Miqran Q.-nin idarə etdiyi “Toyota Fortuner” markalı avtomobil Aşot Q.-nin sürdüyü “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Toyota Fortuner”in sürücüsü və üç sərnişin – 9 yaşlı Armen Q., 15 yaşlı Narek Q. və 37 yaşlı Tamara M. hadisə yerində ölüb.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*