Zərif: Vaşinqton İsrailin pis əməllərinin ortağıdırbackend

Zərif: Vaşinqton İsrailin pis əməllərinin ortağıdır

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarını “İsrailin bütün pis əməllərində ortaq” adlandırıb.

KONKRET.az xəbər verir ki, nazir bu sözləri Əl-Quds Günü münasibətilə onlayn video konfransda deyib. Məlumatı IRNA nəşri yayıb.

“Birləşmiş Ştatlar, xüsusilə hazırkı rəhbərlik, sionist rejimin törətdiyi bütün cinayətlərdə bir tərəfdaşdır. Bütün qətllər, qırğınlar, təcavüzlər  Birləşmiş Ştatlar hökumətinin açıq dəstəyi və kor əməkdaşlığı ilə həyata keçirildi” deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası İsrail ilə digər ərəb ölkələrinə qarşı “utanc verici bir şəkildə əməkdaşlıq edir”.

“Ancaq dünyadakı müsəlmanların, fələstinlilərin, azadlığı sevən insanların müqaviməti onların təkəbbür və işğaldan imtina etmələrinə, vəhşiliklərinin sona çatmasına səbəb olacaq” deyib.

Maraqlıdır ki, oxşar açıqlamalar mayın 22-də İranın ali lideri Ayətullah Əli Xamenei və Hizbullah lideri Hasan Nasrallah tərəfindən də edilmişdi. Onların hər ikisi İsraili “xərçəng şişi” adlandırmışdı.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*