Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Gədəbəydə aksiya keçirir – FOTOLARbackend

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Gədəbəydə aksiya keçirir - FOTOLAR

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirir.

KONKRET.azın Gəncə-Qazax bürosunun verdiyi məlumata əsasən, aksiyanın məqsədi Azərbaycanın ucqar dağ rayonu olan Gədəbəydə sakinlərə tibbi xidmət göstərməkdir. Xüsusən göz xəstəliklərindən əziyyət çəkən şəxsləri müayinə və müalicəsini aparmaqdır.

Mərkəzin həkimləri tərəfindən aksiyada, həmçinin göz xəstəliklərinin monitorinqi aparılacaq və əldə edilən nəticələr müzakirə ediləcək.

Aksiya 1 gün nəzərdə tutulub. Pandemiyadan öncə təşkil olunan aksiyalarda gün ərzində 200 nəfər müayinədən keçirdisə, bu dəfə keçirilən aksiyada pandemiya nəzərə alınaraq 100-ə yaxın şəxs müayinə olunub.

Məlumat üçün bildirək ki, Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusi ilə cərrahi yardım göstərmək üçün 2005ici ildə müasir diaqnostik və cərrahi avadanlıqlarla təhciz olunmuş səyyar klinika yaradılıb.

Səyyar klinika paytaxtda və respublikanın bir çox şəhər və rayonlarında aksiyalar keçirir. Əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə, hətta əməliyyat olunmasıdır.

2005-ci ildən bu günədək səyyar klinika vaistəsi ilə ölkə üzrə 30 mindən artıq şəxs müayinə edilib, 3 mindən çox vətəndaş isə əməliyyat olunub.

Kamil Məmmədov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*