Zeynəb Xanlarovanın adından dələduzluq edildi – FOTObackend

Zeynəb Xanlarovanın adından dələduzluq edildi - FOTO

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

KONKRET.az news24-ə istinadən xəbər verir ki, bu barədə Z.Xanlarovanın “instagram” hesabında məlumat verilib.

“Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə fırıldaqçılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!”, – deyə paylaşımda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*