Avqustun 2-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçan 16 yaşlı qızın yeri müəyyən olunub.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat yayıb.
O bildirib ki, Sumqayıt şəhərində yaşayan 16 yaşlı yeniyetmənin yeri polis əməkdaşları tərəfindən müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.
Xatırladaq ki, hadisə ilə bağlı Baku TV-yə danışan itkin düşmüş qızın anası Günel Xəlilovanın sözlərinə görə, övladı evdən zibil atmaq adı ilə çıxıbmış.