Zibil maşınları şəhərlərdə ən böyük natəmizlik yaradır – VİDEObackend

Zibil maşınları şəhərlərdə ən böyük natəmizlik yaradır - VİDEO

Hər birimiz bu natəmizliyin birbaşa şahidiyik. Adları “təmizlik” olan departamentlər zibil yeşiklərini kortəbii surətdə məişət tullantıları maşınlarına boşaltmaqla öz missiyalarını bitmiş hesab edirlər. Hədsiz üfunət iyi verən bu maşınların gün ərzində şəhərlərdə yaratdığı antisanitariya və natəmiz vəziyyət ölçüyəgəlməzdir. Xüsusən yay aylarında Bakı və Sumqayıtda həmin zibil yeşiklərinin yerləşdiyi ərazilərdən, həmçinin küçələrdən nəfəsi daraltmadan keçmək mümkün deyil.

Sumqayıt şəhərindən lentə aldığımız kadrlarda Təmizlik Departamentinin yarıtmaz fəaliyyəti açıq-aşkar görünür. Qeyd edək ki, Bakı şəhərində də eyni vəziyyət hökm sürür. Ona görə də bu neqativ halı aradan qaldırmaq üçün məsələni mütləq ictimailəşdirmək lazımdır.

Sevinc Paşayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*