Zibilxanada tibbi maska toplayan şəxsin kimliyi açıqlandıbackend

Zibilxanada tibbi maska toplayan şəxsin kimliyi açıqlandı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan hüquq-mühafizə orqanlarının əməkdaşları zibilxanadan istifadə olunan tibbi maskaları toplayan şəxsin kimliyini müəyyənləşdiriblər.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, o, psixiatrik dispanserdə qeydiyyatdan keçmiş Sirdaryo rayonunun sakinidir.

Video İnternetdə göründükdən sonra Daxili İşlər Nazirliyi əhalidən maska ​​yığan şəxsin kimliyini müəyyənləşdirməyə kömək etmələrini istəyib.

Nəticədə “iş” 24 saat ərzində açılıb.

Özbəkistanda elan edilən karantin ilə əlaqədar tibbi maskalar ən çox satılan bir məhsula çevrilib. Bazarlarda bu işdən yararlanan tacirlər ortaya çıxıb.

Martın 17-də reyd zamanı vergi məmurları Daşkənddəki bir qrup satıcı aşkarlayıblar. Onlar əvvəllər istifadə olunan maskaları sakinlərə satırmışlar.

Həmin şəxslərdən 123,8 milyon som (13 min dollar) dəyərində 63 min tibbi məhsul müsadirə edilib.

Martın 23-dən bəri özbəklərdən ictimai yerləri ziyarət edərkən tibbi maskalar taxması tələb olunur.

Martın 25-dən bu qaydaya əməl etməyənlər cərimə ödəyəcək.

Birinci qayda pozuntusuna görə pul cəzası 223 min som (23.4 dollar) təyin edilib. Təkrar pozuntuya görə isə 669 min som (70.4 dollar) ödəniləcək.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*